Sumqayıtda ev yanıb

Sumqayıtda ev yanıb


18:45     24 Aprel 2019 yangin_38673636.jpg

Sumqayıt şəhərində yanğın olub.

Femida.az-ın məlumatına görə, yanğın şəhərin Xəzər bağları yaşayış massivində olub. Ümumu sahəsi 80 kv/m 3 otaqlı fərdi yaşayış evinin mətbəx və dəhliz hissəsinin tavan hissəsi yanıb. Bununla yanaşı orada olan əşyalar da yanaraq yararsız hala düşüb. Əraziyə Sumqayıt Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğın söndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Xəsarət alan olmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 165