AQTA mütəxəssisləri Xaçmazda sahibkarlarla görüşüb
20:07 25 Aprel 2019
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bölgələrdə sahibkarların maarifləndirilməsi tədbirlərini davam etdirir.
Agentlikdən Femida.az-a verilən məlumata görə, növbəti belə tədbir Xaçmazda keçirilib. Sahibkarlara Agentliyin fəaliyyət istiqamətləri, o cümlədən qida sahəsində çalışan subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması qaydaları haqqında məlumat verilib.
Bildirilib ki, qeydiyyatdan keçən sahibkarlıq subyektləri AQTA tərəfindən daim nəzarətdə saxlanılacaq və onlarla sıx əməkdaşlıq ediləcək.
Eyni zamanda müasir kəsim məntəqələrinin yaradılması, bu istiqamətdə fəaliyyət göstərən sahibkarlara Agentlik tərəfindən metodiki dəstəyin göstəriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.
Görüşdə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının maarifləndirilməsi işinin bundan sonra da davam etdiriləcəyi bildirilib.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb və onların problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 445
Oxşar xəbərlər
- AQTA enerji içkiləri ilə bağlı monitorinqlərin nəticələrini açıqlayıb
- AQTA qida sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib
- AQTA 9 dönərxanada nöqsanlar aşkarlayıb
- AQTA-nın keçmiş vəzifəli əməkdaşına hökm oxunub
- AQTA kütləvi zəhərlənmə məlumatı ilə bağlı açıqlama verib
- AQTA bir neçə restoranı cərimələyib
- AQTA bir neçə restoranı cərimələyib
- AQTA bir neçə restoranı cərimələyib
- AQTA bir neçə restoranı cərimələyib
- AQTA sədri fitosanitar qaydalara əməl etməyən sahibkarlara müraciət edib