19 yaşlı gənc Samur-Abşeron kanalında batıb


16:16     28 Aprel 2019 denizde-boguldu.jpg

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Samur-Abşeron kanalının Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Ələkbərov İmamyar Ağabala oğlunun batdığı barədə məlumat daxil olub.

Femida.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 347