Xorvatiya XİN rəhbəri Azərbaycana gəlib


09:20     29 Aprel 2019 2019/04/A6724A4E-9937-46FD-895F-700B037D338E_1556514840.jpeg

Xorvatiya Baş Nazirinin Müavini və Xarici İşlər və Avropa Məsələləri naziri Mariya Peyçinoviç-Buriç Azərbaycana səfərə gəlib.

Femida.az xəbər verir ki, nazir səfəri çərçivəsində bu gün Azərbaycan-Xorvatiya biznes forumunda iştirak edəcək.

Daha sonra xanım Nazirin iştirakı ilə Xorvatiyanın Bakıdakı (Xaqani küçəsi 45A, Landmark II, 3-cü mərtəbə) Səfirliyinin açılış mərasimi keçiriləcək, mərasimdən sonra isə sərgi və rəsmi qəbul təşkil olunacaq.

Nazirin səfəri zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla da görüşü olacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 345