Xorvatiya prezidenti Azərbaycana başsağlığı verdi


23:57     07 Mart 2018 2018/03/presedinte_croatia_67360900_1520438450.jpg

Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.


Femida.az-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident. Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində insanların ölümü ilə nəticələnmiş yanğın barədə xəbər məni dərindən kədərləndirdi. Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə bu faciəli hadisə ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm. Ölkənizin vətəndaşlarının kədərini bölüşür, həlak olanların ailələrinə səbir diləyirik. Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz”.

Femida.az

Açar sözlər: #Xorvatiya   #prezident   #Azərbaycana   #başsağlığı  

Oxunub: 1905