"Limit 3000-dən yuxarı çatdırılmalı idi" - Fazil Mustafa
12:00 01 May 2019
Azərbaycanda qazın güzəştli tariflərlə istehlak limiti artırılaraq illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrə çatdırılıb. Tarif Şurasının iclasında qəbul edilən qərar bu gündən - 1 maydan qüvvəyə minir.
Femida.az xəbər veri ki, bu barədə deputat Fazil Mustafa sosial şəbəkə hesabında yazaraq qaz limitinin artırılmasını həm təqdir, həm tənqid edib:
"Tarif Şurası istehlak olunan qaz üçün limiti 1700 kubmetrdən 2200 kubmetrə qaldırdı. Bu, hər bir halda irəliyə doğru bir addımdır, ancaq vətəndaşlarımız üçün qaneedici deyil.
Milli Məclisdə bizim təklifimiz limitin iki dəfə artırılması olmuşdu. Bu rəqəm 3000 kubmetri keçsəydi, demək olar ki, məsələ öz həllini tapardı.
Bununla belə, təkliflərimizin səsləndirilməsindən heç bir həftə keçməmiş hökumət tərəfindən eşidilməsi və qərara yenidən baxılması müsbət tendensiya sayılmalıdır".
Femida.az
Oxunub: 3071
Oxşar xəbərlər
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- "Qadınların 16 faizi analıq məzuniyyəti hüququndan istifadə edir" - Fazil Mustafa
- "Avropada təmsil olunmaq üçün hüquqşünas tapa bilmirik" - Fazil Mustafa
- "Aeroport və avtovağzala giriş ödənişsiz olmalıdır" - Fazil Mustafa
- "Bu qurumu pul yemə vasitəsinə çeviriblər" - Millət vəkili
- “Qiymətlər artırsa, əmək haqqı da artırılmalıdır” - Millət vəkili
- “Onlar hər şeydən narazıdır: Deputatdan da, Allahdan da” - Fazil Mustafa
- "Bəzi məmurlar "saxladıqları" qadınlara kredit kartı veriblər ki..." - Deputat
- Fazil Mustafa: Bəzi həkimlər məktəbli qızları əxlaqsızlığa cəlb edir
- `Hara baxır DTX?`- Fazil Mustafadan `İnteraz`la bağlı sərt mesaj