Elmar Məmmədyarov Qananın xarici işlər naziri ilə görüşüb
12:07 02 May 2019
5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Xarici İşlər nazirir Elmar Məmmədyarov Qana Respublikasının Xarici İşlər və Regional İnteqrasiya naziri Şirley Ayorkor Boçvey ilə görüşüb.
Xarici İşlər Nazirliyi Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, ölkəmizdə yenidən olmasından məmnunluğunu bildirən qanalı nazir tədbirin yüksək səviyyədə təşkilini xüsusilə qeyd edib.
Nazirlər iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Tərəflər insanlararası təmasların daha da artırılması məqsədilə qanalı tələbələrin Azərbaycanda təhsil imkanlarını müzakirə ediblər.
Görüşdə Azərbaycanın Afrika İttifaqı ilə əməkdaşlığı məsələləri də nəzərdən keçirilib. Görüş zamanı habelə, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Femida.az
Oxunub: 402
Oxşar xəbərlər
- Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham edilən şəxs bəraət aldı
- Elmar Vəliyevlə bağlı ekspertiza rəyi açıqlandı
- Elmar Məmmədyarovun anası rəhmətə gedib
- Elmar Məmmədyarovla Sergey Lavrov arasında telefon danışığı olub
- Elmar Məmmədyarov DTX-yə müraciət etdi
- Elmar Məmmədyarov Aİ rəsmisi ilə görüşəcək
- Elmar Məmmədyarov avstriyalı nazirlə görüşüb
- Elmar Məmmədyarov Polşanın yeni səfiri ilə görüşüb
- Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın növbəti görüşü başladı
- Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb