Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham edilən şəxs bəraət aldı
18:15 19 Yanvar 2022
"Gəncə hadisələri"nə görə həbs edilən və təcridxanada ölən Müşfiq Qurbanov ittiham olunduğu 10 maddə üzrə bəraət alıb.
Femida.az Musavat.com-a istinadən xəbər verir ki, Müşfiq Qurbanov Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdə ittiham olunaraq Moskvada həbs olunub.
Bakıya gətirildikdən sonra təcridxanada vəfat edən Müşfiq Qurbanov sabiq icra başçısına sui-qəsddə ittiham olunurdu. Gəncə Ağır Cinayətlər Məhkəməsi M.Qurbanovun bu və digər daha 9 cinayət əməli törətmədiyini aşkar edib. Onun Elmar Vəliyevə qarşı sui-qəsd hadisəsinə heç bir aidiyyəti olmadığı, adam öldürməyə cəhd və buna bənzər başqa maddələri törtmədiyi sübut olunub.
O, yalnız hazırda həbsdə olan Yunis Səfərovla əlbir olub, terrorçuluğa hazırlıq, silah-sursat əldə etmə kimi əməllərdə təqsirli bilinib. Lakin öldüyünə görə ona bu maddələrlə cəza təyin olunmayıb.
Xatırladaq ki, Qurbanovla birlikdə Moskvada saxlanılaraq Bakıya ekstradisiya olunmuş Yusif Sadıxov da var. O da ittiham olunduğu 11 maddə ilə bəraət alıb.
Oxunub: 422
Oxşar xəbərlər
- Elmar Vəliyevlə bağlı ekspertiza rəyi açıqlandı
- Elmar Məmmədyarovun anası rəhmətə gedib
- Elmar Məmmədyarovla Sergey Lavrov arasında telefon danışığı olub
- Elmar Məmmədyarov DTX-yə müraciət etdi
- Elmar Məmmədyarov Aİ rəsmisi ilə görüşəcək
- Elmar Məmmədyarov avstriyalı nazirlə görüşüb
- Elmar Məmmədyarov Polşanın yeni səfiri ilə görüşüb
- Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın növbəti görüşü başladı
- Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
- Elmar Məmmədyarov Gürcüstanda səfərdədir