ATƏT cəbhədə monitorinq keçirəcək
09:56 13 May 2019
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 14-də Goranboy rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç keçirəcəklər.
Femida.az
Oxunub: 380
Oxşar xəbərlər
- ATƏT sədri Azərbaycana səfər edəcək
- ATƏT-in müşahidə missiyasının əməkdaşı Ukraynada öldürülüb
- ATƏT-in qurumları Ukraynada işini davam etdirəcək
- ATƏT sədri Ukraynaya səfər edəcək
- ATƏT Avropada ən yüksək müharibə riski elan edib
- ATƏT PA nümayəndə heyəti və Ərdoğanla görüşüb - FOTO
- ATƏT sədri sabah Azərbaycana gəlir
- ATƏT sədri Gürcüstana səfər edəcək
- ATƏT PA qış sessiyasının vaxtını açıqladı
- ATƏT-lə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib