ATƏT-in müşahidə missiyasının əməkdaşı Ukraynada öldürülüb


11:14     02 Mart 2022 22_03_02_1646198824.jpg

Ukraynada ATƏT-in Xüsusi Monitorinq Missiyasının əməkdaşı Rusiya ilə davam edən müharibədə həlak olub.

Femida.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, “Xalqın xidmətçisi” fraksiyasından olan deputat Mariya Mezentseva feysbuk səhifəsində bildirib.

"ATƏT-in missiyasında ilk ölüm. Rusiyanın Ukraynaya qarşı müharibəsində bir əməkdaşı həlak olub. O, 45 yaşlı qadındır", - deputat yazıb.

Bununla yanaşı, deputat hadisənin harada və hansı şəraitdə baş verdiyini açıqlamayıb.

Açar sözlər:

Oxunub: 449