Müxalifət partiyasının sədri həbs olundu (FOTO)


21:52     31 Oktyabr 2015 arrest_171213_1444822980.jpg

Ukrayna Xüsusi Təhlükəsizlik Qüvvələri və Baş Prokurorluq “UKROP” partiyasının sədri Gennadi Korbanın həbs haqda məlumat yayıb.


Femida.az xəbər verir ki, Kiyev meri vəzifəsinə namizədliyini irəli sürmüş partiya sədri mütəşəkkil cinayətkar qrupun təşkilində ittiham olunur. Bu açıqlama ilə Kiyevdə keçirilən brifinqdə təhlükəsizlik qüvvələrinin rəsmi mətbuat katibləri danışıb.

Korbanın həbsi haqda ilkin məlumatı ofislərində axtarış aparılan partiyası üzvləri verib. Həbs olunan şəxsi Dnepropetrovsk əyalətinin əvvəlki qubernatoru, oliqarx İqor Kolomoyski ilə əlaqəli olduğu bildirilir.

Açar sözlər:

Oxunub: 1350