Prezidentin fərmanının icrası ilə bağlı İşçi qrup yaradılıb
16:24 15 May 2019
Prezident İlham Əliyevin imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanın icrası ilə bağlı qarşıya qoyulan məsələlərin icrasının təşkili məqsədilə Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, Ali Məhkəmə və Baş Prokurorluğun məsul vəzifəli şəxslərindən ibarət xüsusi İşçi qrupu yaradılıb.
Femida.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının iclasında məlumat verilib. İclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılması, sahibkarlığın inkişafının sürətlənməsi, məhkəmələrə müraciət imkanının asanlaşması, “Elektron məhkəmə” informasiya sisteminin tam tətbiqi üzrə vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin iştirakı ilə geniş və silsilə ictimai müzakirələr keçirilib, televiziya və digər kütləvi informasiya vasitələrində yüzlərlə çıxışlar edilib.
Bildirilib ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə mütərəqqi beynəlxalq təcrübələrin öyrənilməsi məqsədilə xarici dövlətlərə ezamlar təşkil edilib, birgə İşçi qrup tərəfindən bu sahədə bir sıra mühüm qanunvericilik layihələri hazırlanıb.
Femida.az
Oxunub: 400
Oxşar xəbərlər
- Prezidentin xüsusi nümayəndə təyin etdiyi Hacıyev kimdir?
- Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhədə gedib
- Prezidentin köməkçisi: "Zəngəzur dəhlizi Ermənistan üçün yeni imkanlar açacaq"
- Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin qərargahı istifadəyə verilib
- Prezidentin bu gün təyin etdiyi xidmət rəisi kimdir? - DOSYE
- Prezidentin xüsusi nümayəndəsi Ağdamda ağac əkib
- Prezidentin köməkçisi xarici media nümayəndələrinə çağırış edib
- Prezidentin göstərişi ilə 9 partiyanın ofisinin yerləşdiyi ünvan abadlaşdırılır
- Prezidentin köməkçisi tibb işçilərinə xəbərdarlıq edib
- Prezidentin tapşırığına əsasən Azərbaycan Türkiyəyə yardım göndərib