Neftçalada 10 yaşlı uşaq özünü tövlədə asdı
16:58 17 May 2019
Bu gün günorta saatlarında Neftçala rayonunun 2-ci Mayak kəndində 10 yaşlı uşaq özünü asıb.
Femida.az virtualaz.org-a istinadən xəbər verir ki, 2009-cu ildə anadan olmuş uşağı atası heyvanları suvarmaq üçün mal tövləsinə göndəridiyi zaman gec qayıtdığını görüb, arxasınca yollanarkən uşağın özünü tövlədən asdığının şahidi olub.
Uşağı dərhal asıldığı ipdən açan ata onu Neftçala Mərkəzi Rayon Xəstəxanasına çatdırdığından, həyatını xilas etmək mümükün olub.
Hazırda oğlanın vəziyyəti orta-ağır olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Uşağın həyatına təhlükə sovuşsa da, onun beyn oksigen çatışmazlığından əziyyət çəkdiyi deyilir.
Hələlik hadisənin hansı şəraitdə və nə səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 369
Oxşar xəbərlər
- Neftçalada 49 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb
- Neftçalada 12 yaşlı yeniyetmə kollektorda boğulub
- Neftçalada yol qəzası olub, xəsarət alanlar var
- Neftçalada sabiq və indiki bələdiyyə sədrlərinə cinayət işi başlanılıb
- Neftçalada 3 nəfər bıçaqlanıb
- Neftçalada inək 63 yaşlı kişini vuraraq öldürüb
- Neftçalada 51 yaşlı kişi bıçaqlanıb
- Neftçalada sevdiyi qızın ölümünə dözməyən gənc özünü asıb
- Neftçalada 23 yaşlı gənc intihar edib
- Neftçalada elektrik cərəyanı tibb bacısını vuraraq öldürüb