Bu il ölkədə 12,4 milyon ton neft çıxarılıb
12:12 18 May 2019
Cari ilin yanvar-aprel aylarında Azərbaycanda 12 milyon 445,6 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 11 milyard 637,5 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən 8 milyard 41,9 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.
Dövlət Statistika Komitəsindən Femida.az-a bildirilib ki, dörd ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 10,8 milyard manat olmaqla əvvəlki ilin eyni dövrünə nisbətən 0,8 faiz çoxalıb.
Ölkədə neft istehsalı planlaşdırılmış təmir işləri ilə əlaqədar “Azəri-Çıraq-Günəşli” yatağının “Mərkəzi Azəri” platformasında hasilatın müvəqqəti dayandırılması səbəbindən 3 faiz azalıb, qaz hasilatı isə 43,5 faiz artıb.
Femida.az
Oxunub: 359
Oxşar xəbərlər
- Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşır
- Şəmkir və Neftçalada vəzifəli şəxslərə cinayət işi açılıb, bir nəfər həbs edilib
- G7 dekabra qədər Rusiya neftinə qiymət həddi tətbiq edə bilər
- Azərbaycan nefti 6 dollardan çox bahalaşıb
- Azərbaycan nefti 3 dollaradək bahalaşıb
- Neft bahalaşıb
- Azərbaycan neftinin qiyməti cüzi artıb
- Bakının Xəzər rayonunda neft oğruları peyda olub
- Neftçalada 49 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb
- Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb