İtkin düşən 25 yaşlı oğlan tapıldı - Nişanlısından küsübmüş


10:54     21 May 2019 2019/05/ceyhun_1558421752.jpg


Mayın 17-də itkin düşən Gəncə Şəhər Təhsil İdarəsinin məsləhətçisi 1994-cü il təvəllüdlü Ceyhun Qabil oğlu Bağırov tapılıb.



Femida.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında onun atası Qabil Bağırov məlumat verib.

O bildirib ki, oğlu C.Bağırov nişanlısı ilə dalaşdıqdan sonra inciyib və Gürcüstana gedibmiş: “Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları mənə dünən məlumat verdilər ki, Ceyhun mayın 19-u Azərbaycan-Gürcüstan sərhədində olub. Dünən axşam saatlarında oğlumu evə gətirdilər. Ceyhun nişanlısı ilə dalaşdıqdan sonra ölkəni tərk etmək qərarına gəlib və elə mayın 17-si Gürcüstana gedib. İki gün orada qaldıqdan sonra qayıdıb. İndi evdədir, hər şey yaxşıdır. İyunun 11-də toyu olacaq”.

Femida.az

Açar sözlər: #Gəncə   #itkin  

Oxunub: 3092