Ramil Usubov 361 nəfəri işə götürdü
17:40 21 May 2019
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov mayın 18-də DİN-in Daxili Qoşunlarının Qəbələ rayonunda yerləşən hərbi hissəsində ölkənin Şirvan və Şimal-Qərb zonalarının ərazi polis orqanlarında, mayın 21-də Əlahiddə Çevik Polis Alayında isə Bakı şəhər Baş Polis İdarəsinin tabeli qurumlarında və Sumqayıt, Abşeron şəhər, rayon polis idarələrində vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışlarını keçirib.
Bu barədə Femida.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Nazirliyin aidiyyəti baş idarə və şəhər, rayon polis şöbələri rəislərinin də iştirak etdikləri hər iki sıra baxışında paytaxt və həmin bölgələrdə yaşayan, post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək istəyən ümumilikdə 563 şəxs iştirak edib.
Nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumən, iddiaçıların arasından daha hazırlıqlı olan 361 nəfər seçilərək onların daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün müvafiq tapşırıqlar verilib.
Namizədlər qarşısında çıxış edən nazir son illər daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini vurğulayıb. Prezident İlham Əliyevin mükəmməl təhsilli, yüksək mənəvi və işgüzar keyfiyyətlərə, hərtərəfli dünyagörüşə malik gənclərin hər zaman dövlət idarəçiliyində daha geniş şəkildə təmsil olunmaları, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün tövsiyə və tapşırıqlarını xatırladan nazir, bu istiqamətdə hər zaman zəruri addımların atıldığını, hazırkı seçimlərin də göstərilən sahədə uzun müddətdir həyata keçirilən məqsədyönlü siyasətin növbəti əyani təzahürü olduğunu bildirib.
Qeyd olunub ki, ümumilikdə, kadrların hazırlıq səviyyəsinin artırılması, gənc əməkdaşlara lazımi diqqət və qayğı göstərilməsi ölkə və DİN rəhbərliyinin fəaliyyətində prioritet istiqamətlərdən və daim nəzarətdə saxlanılan məsələlərdəndir.
Nazir R.Usubov xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək onlara öz tövsiyələrini verib, gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Vətəndaşların nəzərinə bir daha çatdırırıq ki, polis orqanlarında vakant olan post-patrul xidməti vəzifələrində xidmətə qəbulla bağlı növbəti belə tədbir iyunun 8-də DİN-in Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən hərbi hissəsində keçiriləcək.
Femida.az
Oxunub: 1085
Oxşar xəbərlər
- Ramil Səfərovun vəkili: "Ermənilər səs-küy qaldıraraq ikinci zabitimizi də məsuliyyətə cəlb etmək istəyirdi" (MÜSAHİBƏ)
- Ramil Usubovun oğlunun yerinə təyinat oldu
- Ramil Usubov İsrail səfirini qəbul edib
- Ramil Usubovun oğluna yeni vəzifə verilib - ƏMR
- Ramil Usubov özbəkistanlı həmkarı ilə görüşüb
- Ramil Quliyev Brüsseldə mövsümün ən yaxşı nəticəsini göstərdi
- Ramil Usubov və Vilayət Eyvazov yeni təyinatlardan sonra ilk dəfə birlikdə - VİDEO
- Ramil Usubov hüquq məzunlarının buraxılış müdafiəsində
- Ramil Usubov kollektivlə sağollaşıb, Vilayət Eyvazov nazir qismində təqdim edilir
- Ramil Usubovun təyin olunduğu qurum hansı işləri görür?