“Azərbaycandakı seçkilər ABŞ üçün nümunə ola bilər”


19:21     01 Noyabr 2015 sssecki%20bu%20gun%20(4).jpg

Azərbaycanda seçkilər prosesi müəyyən aspektlərdə ABŞ üçün nümunə ola bilər.


Femida.az xəbər verir ki, bu barədə Trend-ə “Tool Shed Group”un rəhbəri, Amerika Yəhudi Komitəsinin ictimaiyyətlə əlaqələr üzrə keçmiş rəhbəri Ceyson Kats deyib.

Onun sözlərinə görə, bura səsverməyədək şəxsiyyətin eyniləşdirilməsi və təkrar səsvermə hallarının qarşısının alınması da daxildir.

C.Kats qeyd edib ki, seçkilərdə səsvermə prosesi çox yaxşı təşkil edilib: "Seçki komissiyalarının üzvləri yaxşı hazırlıq keçiblər və çox səmərəli işləyirlər. Müxtəlif məntəqələrdə seçki prosesini diqqətlə müşahidə etdim və amerikalı kimi çox heyrətləndim. Ümumilikdə bu seçkilər azad, yaxşı təşkil edilmiş prosesdir".

Açar sözlər:

Oxunub: 1141