“Azərbaycandakı təkanların İrandakı zəlzələ ilə əlaqəsi yoxdur”


14:04     16 Noyabr 2017 zelzele_xarite_231017_02.jpg

Azərbaycanda - Ağdam və Bərdə rayonlarında zəlzələnin baş verməsini İranda baş verən zəlzələdən sonra bölgədə seysmolji durumun aktivləşməsi ilə izah etmək olmaz.


Femida.az xəbər verir ki, bu barədə AMEA Respublika Seysmoloj Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, Azərbaycanda baş verən zəlzələnin İranda baş vermiş zəlzələ ilə heç bir əlaqəsi yoxdur: "İranda baş vermiş zəlzələ Azərbaycandakı zəlzələ ocaqlarını oyatmayıb".

Q.Yetirmişli qeyd edib ki, bu ilin əvvəlindən Azərbaycanda 4000-dən çox təkan qeydə alınıb: "Zəlzələlərin 20-dən çoxu hiss edilən olub. Onların arasında 3-4 bal gücündə, eləcə də 5 bal gücündə olanlar da olub".

Qeyd edək ki, noyabrın 15-də Ağdam rayonunda zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata əsasən, yerli vaxtla saat 23:48-də rayon ərazisində 5.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ episentrdə 5.7 bal, yaxın yaşayış məntəqələrində isə 3-5 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub.

Digər təkan isə noyabrın 16-da saat 02:02:27-də Bərdə rayonu ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub. Zəlzələ ətraf rayonlarda hiss olunub.

Xatırladaq ki, noyabrın 12-də İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 474, yaralıların sayı isə 9388 nəfərə çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 923