“Azərbaycandakı tolerantlıq heç bir ölkədə yoxdur”-M.Salmanov


14:36     02 Dekabr 2015 1422568034_murad-salmanov.jpg


Azərbaycanda əsrlərdir ki‚ müxtəlif millətlər və xalqlar‚ müxtəlif inanclı insanlar və müxtəlif dinin nümayəndələri yaşamaqdadır. Azərbaycan xalqının ən böyük üstünlüyü əvvəla onun qonaqpərvərliyi və yüksək insani keyfiyyətləridir ki‚ qətiyyətlə qeyd etmək olar ki‚ bütün hümanist dəyərlər və üstün keyfiyyətlər Azərbaycan xalqında cəmləşmişdir. Mədəni yaşam tərzi‚ əxlaqi dəyərlər və bir çox xarakter Azərbaycan xalqında mövcuddur.


Sovet dövründə imperiya rəhbərliyinin Azərbaycana qarşı bəslədiyi daxili düşmənçilik hissləri burada yaşayan bir çox xalqlardan da yan keçməmişdir. Sovet hökuməti və Kommunist partiyasının siyasi və dini fəlsəfəsi ateist və materialist ideologiyaya əsaslandığından bütün inanclı insanlara qarşı imperiya dövründə amansız divan tutulmuş və bir çox xalqlara qarşı sözün həqiqi mənasında genasid siyasəti həyata keçirilmişdir. Lakin, tale Azərbaycanın üzünə güldüki‚ müstəqillik qazanılan zaman Azərbaycana dahi şəxsiyyət böyük siyasətçi zəngin dövlətçilik təcrübəsinə malik olan bütün dünyada hörmətlə qarşılanan müdrik insan Heydər Əliyev rəhbərlik etməyə başladı.

Deyərdim ki‚ Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərlik etməsi Azərbaycan xalqının və bu ölkədə yaşayan bütün etnik xalqların‚ millətlərin və o cümlədən buradakl müxtəlif dini inanclı insanların xoşbəxtlik tapması idi. 1990-cı illərin acınacaqlı günlərində hakimiyyət başına gələn dahi şəxsiyyət Heydər Əliyevin müstəqil Azərbaycan dövlətini yaradarkən bu dövlətin təməl ideologiyasının əsaslarından biri ölkədəki bütün millətlərə hörmətlə yanaşılması‚ bütün dini inanclara hörmət və ehtiram göstərilməsi, dini azadlıqların qorunması və Tolerantlıq dəyərlərinin bərqərar olması idi. Qətiyyətlə demək olar ki‚ Heydər Əliyevin bu yüksək alqışa layiq ideyaları Azərbaycandakı bütün millətləri bir-birinə yaxınlaşdırdı‚ doğmalaşdırdı və qardaşlaşdırdı.

Eləcə də, hər bir dini icmaya dövlət dəstəyi göstərildi‚ bütün etnik və dini icmalar‚ müsəlman və qeyri-müsəlman icmaları hər zaman öz həyatlarında Azərbaycan dövlətinin və xüsusən bu dövlətin sarsılmaz təməllərinı atan Ulu Öndər Heydər Əliyevin qayğısını və diqqətini hər zaman hiss etdilər. Bu, bütün etnik millətlərə‚ bütün dini icmalara və bütün müxtəlif dini inanclı kəsimə şamil olundu. Bu gün Azərbaycanda elə bir dini icma və elə bir etnik azlıq təşkil edən millət yoxdurki‚ onlar Azərbaycan dövlətinin dəstəyini görməmiş olsun. Bütün dini obyektlər‚ Məscidlər‚ ziyarətgahlar‚ pirlər‚ Kilsələr‚ Sinəqoqlar hamısı Azərbaycan dövləti tərəfindən hər zaman himayə olunmuş‚ hər zaman dəstəklənmiş‚ hər zaman xüsusi dövlət proqramı çərçivəsində yardımlar olunmuş‚ hər zaman hörmət və ehtiram göstərilmişdir. Təbiiki‚ bütün yüksək insani dəyərlərin təməli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Heydər Əliyev siyasi irsinin layiqli davamçısı‚ Heydər Əliyev dühasının yetirməsi cənab İlham Əliyev tərəfindən də çox uğurla və müvəffəqiyyətlə davam etdirilməkdədir.

Cənab İlham Əliyevin hümanist addımları‚ yüksək insani keyfiyyətləri və Ulu Öndər Heydər Əliyevdən zəngin dövlətçilik dərsi almış olması Azərbaycan üçün çox böyük uğurlara imza atdırmışdır. Tam məsuliyyətlə vurğulayıram ki‚ dünyanın bir çox ölkəsini və bir çox dini obyektləri‚ dini icmaları gəzib ziyarət etmiş birisi olaraq qeyd edirəm ki‚ Azərbaycanda olan Tolerantlıq‚ dini azadlıq‚ dinlərarası mədəniyyət və qarşılıqlı hörmət prinsipləri və dövlətin müxtəlif dini inanclı insanlara‚ müxtəlif millətlərə olan diqqəti və qayğısı deyərdim ki, heçbir ölkədə yoxdur. Azərbaycan dünyada yeganə ölkədir ki‚ burada dini və milli ayrıseçkilik yoxdur‚ heçbir milli və dini zəmində qarşıdurma yoxdur‚ ən əsası isə dövlətin ikili mövqe siyasəti yoxdur. Azərbaycanda əvvəldən dövlət yaradılarkən qurulan tolerant ideologiya bu ölkənin dayaqlarını daha da sarsılmaz etməkdədir.
Bu gün Azərbaycanda yaşayan bütün millətlər və müxtəlif dini inanclı insanlar Azərbaycan dövlətinin mövqeyini və siyasətini cani-könüldən dəstəkləyir və hər zaman dövlətin qayğısından son dərəcə razılıqlarını ifadə edirlər. Eyni zamanda dövlətin həyata keçirtdiyi dəqiq və qüsursuz siyasət Azərbaycandakı bütün xalqları bir-birinə doğmalaşdırıb və bütün azlıq təşkil edən millətlərin nümayəndələri əmin-amanlıq içərisində çox təhlükəsiz və sağlam mühitdə yaşamaqdadırlar. Təbii ki, bu‚ Azərbaycan dövlətinin və ölkə rəhbərliyinin siyasətinin yüksək bəhrəsi və onlara vermiş olduğu böyük töhvədir.

Murad Salmanov

Açar sözlər:

Oxunub: 1139