Bayıl sürüşmə zonasında yaşayanlar köçürüləcək - SƏRƏNCAM


16:27     25 May 2019 2018/02/bayil_1517925823.jpg

Bakının Səbail rayonu, Bayıl sürüşmə zonasında yaşayan sakinlər köçürüləcək.

Femida.az xəbər verir ki, Baş Nazir Novruz Məmmədov sakinlərin köçürülməsinin təmin olunması məqsədilə sərəncam imzalayıb.

Sənədlə Bayıl sürüşmə zonasında yaşayan 92 ailə köçürüləcək. Sərəncama əsasən, həmin ailələrin hər biri müvafiq qaydada kompensasiya ilə təmin olunacaq.

Femida.az

Açar sözlər: #bayıl  

Oxunub: 1046