Bayılda neft buruqlarının mühərriklərini oğurladılar - FOTO


13:25     24 Sentyabr 2019 2019/09/685d89d872ed48a_3138630840.jpg

Səbail rayonu Bayıl qəsəbəsində yerləşən neft buruqlarının mühərrikləri oğurlanıb.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsinə müraciət edilərək qəsəbə ərazisində müxtəlif vaxtlarda 5 ədəd neft mühərriyinin naməlum şəxslər tərəfindən oğurlandığı barədə məlumat verilib. İdarənin əməkdaşları tərəfindən dərhal “isti” izlərlə əməliyyat-axtarış tədbiri keçirilib və qeyd edilən cinayətləri törətməkdə şübhəli bilinən paytaxt sakini Tərlan İbadov və İmişli rayon skini Elnur Ağayev saxlanılıblar. Hər iki şəxs ifadələrində 5 ədəd mühərrik oğurladıqlarını və paytaxtın Nizami rayonunda satdıqlarını bildiriblər.

Qeyd edək ki, oğurlanmış əşyalar polis əməkdaşları tərəfindən satıldığı obyektdə aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət işi başlanılıb.

Hazırda saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Femida.az

Açar sözlər:

Oxunub: 460