Məşhur aktyor vəfat etdi


15:25     27 May 2019 2019/05/esref-kolcak_1558956483.jpg

Türkiyənin məşhur aktyoru Eşref Kolçak vəfat edib.



Femida.az xəbər verir ki, uzun müddət xəstəxanada müalicə olunan Kolçakın ölümü sənət dünyasını yasa boğub. Onun 92 yaşı var idi.

Aktyor oktyabr ayında ağ ciyərlərinə su yığıldığı üçün xəstəxanaya yerləşdirilmişdi. Uzun müddət reanimasiya şöbəsində müalicə alan aktyor gözlərini əbədi olaraq yumub.

Qeyd edək ki, Eşref Kolçak məşhur müğənni Harun Kolçakın atasıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 601