Avropa İttifaqının komissarı Azərbaycana gələcək


18:47     27 May 2019 avropa.jpg


Avropa İttifaqının (Aİ) genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Hahn iyunun 13-də Azərbaycana gələcək.


Bunu Femida.az-a Aİ-nin Azərbaycandakı nümayəndəliyi rəhbərinin birinci müşaviri Denis Daniilidis bildirib.

O, Y.Hahnın Bakıda keçiriləcək Azərbaycan – Aİ biznes forumunda iştirak edəcəyini diqqətə çatdırıb: "Səfər çərçivəsində rəsmi şəxslərlə də bir sıra görüşlər keçiriləcək".

Femida.az

Açar sözlər:

Oxunub: 301