Qar yağacaq


13:25     02 Noyabr 2015 qarr.jpg

kologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, güclü şimal-qərb küləyinin əsəcəyi axşama doğru mülayimləşəcəyi gözlənilir.


Havanın temperaturu Bakı vəAbşeron yarımadasında gecə 7, gündüz 7-9 isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 01-də arabir yağış yağacağı bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-8, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Açar sözlər:

Oxunub: 1670