Tibb müəssisələri 5 ildən bir akkreditasiyadan keçiriləcək
14:28 30 May 2019
Azərbaycanda tibb müəssisələri 5 ildən bir akkreditasiyadan keçiriləcək.
Femida.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna əlavələr təklif edilib.
Müzakirəyə çıxarılan əlavəyə əsasən, akkreditasiyadan keçən tibb müəssisələrinə şəhadətnamə veriləcək.
Tibb müəssisələrinin akkreditasiyası əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, tibb müəssisələrinin fəaliyyətinin hüquqi tələblərə uyğunluğunun müəyyən edilməsi üçün aparılacaq. Eyni zamanda bu yolla əhalinin yüksək keyfiyyətli xidmət göstərən tibb müəssisəsi tərəfindən müayinə və müalicə olunması üçün seçim hüququ təmin ediləcək.
Tibb müəssisələrinin akkreditasiyası qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
Tibb müəssisələrinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etidiyi orqan (qurum) həyata keçirir. Tibb müəssisələrinin akkreditasiyasına görə "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş məbləğdə rüsum tutulur.
Femida.az
Oxunub: 323
Oxşar xəbərlər
- Tibbi xidmətlərə görə ödənilən ƏDV-ni geri almaq olacaq
- Tibbi maska istehsalı 83% artıb
- Tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
- Tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
- Tibb Universitetinin müəllimi koronavirusdan vəfat edib
- Tibb Universitetində qanunsuz xərclər aşkarlanıb - 400 min manatdan çox vəsait...
- Tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsi bu qaydada veriləcək
- Tibb işçilərinə noyabr ayı üzrə 20 milyon manat əlavə ödənib
- Tibb işçilərinin əmək haqlarına dekabr ayı üzrə əlavələr ödənilib
- Tibb işçilərinə 13.5 milyon manat əlavə pul ödənilib