Tibbi xidmətlərə görə ödənilən ƏDV-ni geri almaq olacaq
12:32 03 Noyabr 2021
Gələn ildən tibbi xidmətlərə görə ödənilən əlavə dəyər vergisini (ƏDV0 geri almaq mümkün olacaq.
Femida.az -ın xəbərinə görə, bununla bağölı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur. Bundan əlavə, avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarına ödənilən ƏDV geri alınmayacaq.
Belə ki, 165.5-ci maddəyə təklif edilən dəyişikliyə görə, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları, istisna olmaqla) habelə tibbi xidmətlərin göstərilməsinə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.
Femida.az
Oxunub: 3979
Oxşar xəbərlər
- ƏDV-nin qaytarılması ilə bağlı YENİLİK OLACAQ - Gələn il yanvarın 1-dən... VİDEO
- İdxalı ƏDV-dən azad edilən xammal və materialların yeni siyahısı təsdiqlənib
- Vergi rəsmisi: "ƏDV-dən yayınmaq üçün bir neçə şirkət yaradanlar var"
- ƏDV üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması ilə bağlı “Vahid elektron lövhə” yaradılıb
- Daşınmaz əmlaka görə ödənilən ƏDV necə geri qaytarılacaq?
- Azərbaycanda daşınmaz əmlaka görə ödənilmiş ƏDV-nin 30%-i geri qaytarılacaq
- Məişət texnikası alan şəxslərə ƏDV-nin geri qaytarılması müzakirə edilib
- ƏDV-dən azad olunan publik hüquqi şəxslərin sayı artırılıb
- Vətəndaşlara ŞAD XƏBƏR: Bu gündən bu sahədə ƏDV-ni geri almaq mümkün olacaq
- Azərbaycan sahibkarları ƏDV-ni avtomatik hesablayıb, ödəyə bilərlər