Məşhur futbolçu avtomobil qəzasında ölüb


19:33     01 İyun 2019 19_06_01_1559403138.jpg

İspaniya milli komandasının sabiq futbolçusu Xose Antonio Reyes avtomobil qəzasında ölüb.

Femida.az xəbər verir ki, bu barədə onun sabiq klubu "Sevilya"nın rəsmi "Twitter" hesabında məlumat yayılıb.

35 yaşlı yarımmüdafiəçi avtomobil qəzasında dünyasını dəyişib.

Qeyd edək ki, Xose Antonio Reyes İngiltərənin "Arsenal", İspaniyanın "Real Madrid" və "Atletiko Madrid" kimi komandalarında da çıxış edib. O, 3 dəfə "Sevilya", iki dəfə isə "Atletiko Madrid"lə Avropa Liqasını qazanıb. Xose Antonio Reyes "Real Madrid" və "Arsenal"la ölkə çempionu olub.

Femida.az

Açar sözlər:

Oxunub: 449