İrana gedənlər mütləq oxusun


23:22     02 Noyabr 2015 Border_kontrol_0406121.jpg


İran Azərbaycan vətəndaşlarının bu ölkədə vizasız qalma müddətini 30 günədək uzadıb.

Femida.az xəbər verir ki, bu barədə Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib.

Səfir qeyd edib ki, Azərbaycan vətəndaşlarının İranda vizasız qalma müddəti 15 gündən 1 ayadək uzadılıb.

Xatırladaq ki, İran Azərbaycan vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv edib və 2010-cu il fevralın 1-dən etibarən İrana gedən Azərbaycan vətəndaşlarından viza tələb olunmur.

Açar sözlər:

Oxunub: 2040