İrana qarşı sanksiyalar bu gün ləğv olunacaq


19:14     16 Yanvar 2016 1e2f96fa4a48.jpg


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İranın nüvə proqramı üzrə danışıqlar aparmaq üçün Vyanaya yollanıb.


Femida.azın xarici mətbuata istinadən verdiyi məlumata görə, İran XİN rəhbəri ilə bu gün baş tutacaq danışıqlara həmçinin ABŞ dövlət katibi Con Kerri və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini də qatılacaq.

Az müddət əvvəl Con Kerri xəbər vermişdi ki, Tehranın nüvə silahının istehsalından imtina etməsi ilə bağlı yaxın günlərdə İranla razılaşma üçün danışıqlara başlanılacaq.
Ötən ilin oktyabr ayında İran parlamenti nüvə proqramı ilə bağlı “Altılıq” ölkələri ilə 2015-ci ilin iyulunda qəbul edilmiş razılığı nəzərdə tutan qanunu təsdiqlədi.

İranla "altılıq" ölkələri arasında tarixi razılaşma Vyanada 2015-ci il iyulun 15-də əldə olunub. Sövdələşmə İranın nüvə proqramlarını məhdudlaşdırmasının əvəzində bu ölkəyə qarşı sanksiyaların ləğvini nəzərdə tuturdu. İran bununla uranı 5 faizdən yuxarı zənginləşdirməməyə, 20 faizədək zənginləşdirilmiş uranı isə 5 faizlik həddən aşağı salmağa razılıq vermişdi. Eyni zamanda uranın zənginləşdirilməsi üçün yeni obyektlərin tikintisindən imtina etmişdi.

Bunun müqabilində isə Qərb İrana qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırmağa söz verdi.

İsrail və bəzi digər ərəb monarxiyaları isə bu sazişi qətiyyətlə pisləmişdi. İsralin Baş naziri Benyamin Netanyahu razılaşmanı "tarixi səhv" adlandırmışdı.

Beləliklə, nüvə məsələsində Qərblə razılaşma, münasibətlərin yaxşılaşması İranın siyasi, xüsusən də iqtisadi baxımdan dirçəlişindən xəbər verir. Uzun illər ərzində mövcud olmuş sanksiyalardan sonra dünya bazarına çıxış imkanı bu ölkənin iqtisadiyyatı üçün milyonlarla gəlir deməkdir. Odur ki, Vyanadakı cari danışıqların da müsbət istiqamətdə davam edəcəyini proqnozlaşdırmaq çətin deyil.(anspress)

Açar sözlər:

Oxunub: 904