Göyçayda 167 kq ölü heyvan cəmdəyi aşkarlanıb


16:24     07 İyun 2019 19_06_07_1559910304.jpg

Göyçayda diri çəkisi 167 kq olan istifadəyə yararsız, ölmüş heyvan cəmdəyi aşkar olunub.


Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Femida.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Göyçay şəhəri, Ə.Məmmədxanlı küçəsində Hacıyev Soltan Ağaəli oğlunun avtomobilinə baxış keçirilib.

Baxış zamanı avtomobilin yük yerində ölmüş vəziyyətdə başı kəsilən, istehlaka yararsız, diri çəkisi 167 kq olan bir baş iribuynuzlu heyvan cəmdəyi aşkar olunub.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən heyvan cəmdəyindən nümunələr götürülərək ekspertizadan keçirilib. Məlum olub ki, aşkarlanan heyvan cəmdəyi insan istehlakı üçün tamamilə yararsızdır.

Agentliyin əməkdaşları tərəfindən aşkarlanmış heyvan cəmdəyinin məhv edilməsi üçün zəruri tədbirlər görülüb.

Faktla bağlı araşdırma davam etdirilir.

Açar sözlər:

Oxunub: 458