Bakıdan Batumiyə birbaşa aviareys açıldı
14:38 14 İyun 2019
İyunun 14-də Buta Hava Yolları (Buta Airways) büdcə aviaşirkətinin Bakı-Batumi marşrutu ilə ilk aviareysini keçirib.
Bu marşrut şirkətin Gürcüstana yerinə yetirdiyi ikinci reysdir. “Buta Eyrveys” artıq Bakıdan Tbilisiyə reyslərə həyata keçirir.
Bakıdan Batumiyə ilk reysin işə düşməsi tənətənəli mərasimlə qeyd edilib.
Mərasimdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze iki ölkə arasında böyük turizm potensialının olduğunu deyib:
“Bakı-Batumi reysinin açılması təkcə turizm sahəsində deyil, eləcə də işgüzar sahədə sıx münasibətlərin formalaşmasına xidmət edəcək, çünki Gürcüstan investorlar üçün də çox maraqlıdır”.
AZAL QSC-nin vitse-prezidenti Eldar Hacıyev vurğulayıb ki, yeni reysin açılması mühüm hadisədir:
“Bu reys sərnişinlər arasında populyar olacaq və həm Azərbaycanda, həm də Gürcüstanda turizm sahəsinin inkişafına töhfə verəcək”.
Bakı-Batumi reysi üzrə avibiletləri 29 avrodan başlayacaq. Uçuşlar həftədə iki dəfə - cümə və bazar günləri keçiriləcək.
Femida.az
Oxunub: 723
Oxşar xəbərlər
- Bakıdan İstanbula yola düşən təyyarələri əlverişsiz hava ilə bağlı eniş edə bilməyib
- Bakıdan Kiyevə fevralın 28-ə olan uçuş ləğv olunub
- Bakıdan Şuşaya təşkil edilən avtobus reyslərinin sayı 2 dəfə artırılıb
- Bakıdan Şuşa və Ağdama avtobus səfərlərinin qrafiki və qiymətləri açıqlanıb
- Bakıdan Cəlilabadda qanunsuz ov etməyə gedən şəxslər saxlanılıb
- Bakıdan regionlara dəmir yolu ilə sərnişin daşınması bərpa olunur
- Bakıdan nümayəndə heyəti Tehrana gedir
- Bakıdan keçən Türkiyənin ilk ixrac qatarı bu gün Qazaxıstana çatacaq
- Bakıdan Moskva və Kiyevə çarter reysləri yerinə yetiriləcək
- Bakıdan Sumqayıta yeni yol çəkiləcək