Biləsuvar polisi Bakı sakinində metamfetamin aşkarladı


16:00     14 İyun 2019 19_06_14_1560513712.jpg


Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini M.Bağırovdan metamfetamin aşkar edilərək götürülüb.


Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evə baxış zamanı əlavə olaraq 450 qram metamfetamin, idarə etdiyi “Mercedes” markalı avtomobildən 1 kiloqram 425 qram heroin, habelə sərnişini, Şabran rayon sakini F.Fərziyevdən metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Biləsuvar  

Oxunub: 436