Biləsuvarda yol qəzasında xəsarət alan şəxs ölüb


14:24     25 May 2022 22_05_25_1653474261.jpg

Biləsuvarda traktorun aşması nəticəsində xəsarət alan şəxs ölüb.

Hərəkətdə olan traktor yoldan çıxaraq aşıb.

Nəticədə traktorçu N.Hümbətov və onun sərnişini, 1998-ci il təvəllüdlü Yaşar Quliyev ağır bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq Y.Quliyevin həyatını xilas etmək mümkün olmayıb.

O, bu gün səhər saatlarında xəstəxanada vəfat edib.

Qeyd edək ki, hadisə mayın 23-də Biləsuvar-Bəhramtəpə yolunun rayonun Nərimankənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Açar sözlər:

Oxunub: 324