Nazirlik imkansız ailəyə yardım edib
13:46 15 İyun 2019
Şamaxı rayon sakini Hacıyeva Fəridə Gülməmməd qızının ailə vəziyyəti ilə bağlı mediada əksini tapan məlumatla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları onun ünvanında olub, ailənin sosial vəziyyətini yerindəcə araşdırıblar.
Femida.az-ın məlumatına görə, qurumun mətbuat katibi Fazil Talıbov deyib ki, üç övladı olan F.Hacıyevanın iki uşağı 18 yaşadək sağlamlıq imkanları məhdud uşaq kimi aylıq sosial müavinətlə (hər biri üçün aylıq 150 manat) təmin edilir. F.Hacıyevanın özünə də iki sağlamlıq imkanları məhdud uşağa qulluq etdiyi üçün Prezidentin aylıq təqaüdü kimi aprelin 1-dən hər uşağa görə 50 manat (ayda 100 manat) təqaüd təyin edilib:
"Beləliklə, ona iki sağlamlıq imkanları məhdud uşağın hər biri üçün sosial müavinət və təqaüd formasında 200 manat, yəni ayda 400 manat təyin olunub. Hazırda ailə Fəridə Hacıyevanın anası Suğra Eyyubova ilə birgə yaşayır ki, ona da ayda 217,64 manat əmək pensiyası ödənilir".
O, qeyd edib ki, ailənin sosial yardım almaq hüququna da baxılacaq: " Belə ki, F.Hacıyeva həyat yoldaşı ilə olan nigahının ləğv edilməsi ilə əlaqədar soyadının dəyişdirilməsi məqsədilə yaxın günlərdə yeni şəxsiyyət vəsiqəsi alacaq. Bundan sonra ona ünvanlı yardım üçün e-qaydada müraciət etməsinə texniki köməklik göstəriləcək. İki sağlamlıq imkanları məhdud uşağının nazirliyin Uşaq Bərpa Mərkəzinin reabilitasiya xidmətlərindən faydalana biləcəyi, həmçinin istədiyi zaman kiçik ailə təsərrüfatını yaratmaq üçün özünüməşğulluq proqramına müraciət etmək imkanının olduğu da F.Hacıyevanın diqqətinə çatdırılıb".
Femida.az
Oxunub: 469
Oxşar xəbərlər
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırıb
- Nazirlik bəstəkar-müğənninin bağ evində aşkarlanan ayı balası ilə bağlı məlumat yayıb
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Nazirlik xaricdə təhsil alan həkimlərin aksiyasına münasibət bildirib
- Nazirlik “Omikron”dan qorunmaq üçün əhaliyə tövsiyə verib
- Nazirlik təhrif olunmuş xəritələrlə bağlı tədbirlər planı hazırlayıb
- Nazirlik vəfat edən şəxsin topladığı pensiya kapitalının taleyinə aydınlıq gətirib
- Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI
- Nazirlik zəif anemiyası olan uşaqlara peyvənd vurulmasını tövsiyə edib