Maşın oğruları ələ keçdi
18:35 20 İyun 2019
İyunun 19-na keçən gecə Mingəçevir şəhərinin ərazisindən şəhər sakini Q.Məmmədova məxsus “Mercedes” markalı avtomobil qaçırılıb.
DİN-nin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmyerlisi V.Məmmədov saxlanılıb.
Bundan başqa iyunun 18-nə keçən gecə Nərimanov rayonu A.Nemətulla küçəsindən Bakı şəhər sakini N.Şirəliyevə məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb. Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş N.Ağamuradov həmin gün saat 15 radələrində Abşeron rayonu ərazisində avtomobillə birgə saxlanılıb.
Femida.az
Oxunub: 326
Oxşar xəbərlər
- Maşın qaçıran keçmiş məhkum ələ keçdi
- Maşın yolu keçən piyadanı vurub öldürdü
- Maşınların arxa şüşəsinə şüar yazmaq qanunsuzdur? - CAVAB
- Maşının vurduğu 8 yaşlı uşaq xəstəxanda öldü
- Maşınlardan oğurluq edən şəxs tutuldu
- Maşın oğurlayan keçmiş məhkum tutuldu
- Maşınların gömrük rüsumlarına yenidən baxılacaq
- Maşınlara pərdə, jalüz və plyonka çəkilməsi ilə bağlı yenilik
- Maşından külli miqdarda pul oğurlandı
- Maşını qaçırıb yandırdılar