Siyəzəndə 11 yaşlı oğlan çayda boğulub


11:27     24 İyun 2019 19_06_24_1561361286.jpg

Siyəzəndə 11 yaşlı oğlan çayda boğulub.

APA-nın məlumatına görə, hadisə rayonun Gil-Gilçay çayının Yenikənd ərazisindən keçən hissəsində baş verib.

Kənd sakini, 2008-ci il təvəllüdlü İsgəndər Fətəliyev çimmək üçün çaya girib və boğulub. Həmkəndlisi Elbrus Səlimov onu ölü vəziyyətdə çaydan çıxarıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 266