Siyəzəndə 40 yaşlı kişi yol qəzasında ağır xəsarət alıb


11:34     02 Yanvar 2022 22_01_02_1641108918.jpg

Siyəzən rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. Avtomobil yolu keçən 1982-ci il təvəllüdlü Əliyev Orxan Alay oğlunu vurub.

Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 730