Almaniyada daha bir partiya nasizmə meyillənir


23:52     04 Noyabr 2015 1560.jpg

“Alternativ Almaniya” (AfD) partiyası nasizm mahiyyətli çağırış və jarqonlardan istifadə edir. Siyasi ekspertlərin fikirincə, partiya üzvləri bütün siyasi çıxışlarında emosional formada irqi, dini və milli ayrı-seçkilik xarakterli ifadələrdən istifadə edirlər.


Bütün bunlara münasibət bildirən Almaniyanın vitse-kansleri Zigmar Qabriyel “Alternativ Almaniya” partiyasını “Almaniya Nasional Sosialist Fəhlə Partiyası”nın (NSDAP) siyasi və millətçi məramlarına xidmət etməkdə, eləcə də radikal sağçılıqda günahlandırıb.

“Stern” nəşri yazır ki, “Alternativ Almaniya” partiyasının tanınmış nümayəndəsi Byörn Hökerin xüsusi olaraq “Nasional Sosilaistlər”ə aşırı simpatiya bəsləməsi ilə seçilməkdədir.

Almaniyalı linqvistlər qeyd edirlər ki, “Alternativ Almaniya” partiyasının digər simaları Frauke Petri və Yörn Moythen də açıq formada öz nitqlərində iqri mahiyyət daşıyan jarqon və ifadələrdən istifadə edirlər.

Almaniyanın Ədliyyə naziri da fakta münasibət bildirək “Alternativ Almaniya” partiyasını ölkə daxilində ekstimist, dini, iqri və radikalizmini alovlandırmaqda ittiham edib.

Açar sözlər:

Oxunub: 990