Parlamentin sabahkı iclası ləğv oluna bilər
12:23 27 İyun 2019
İyunun 27-də Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində parlamentin növbəti iclası keçirilir.
Femida.az-ın xəbərinə görə, iki gün davam edəcək plenar iclasların gündəliyinə ümumilikdə 49 məsələ daxil edilib.
İlk məsələ 2018-ci il dövlət büdcəsinin icrası barədə qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin üçüncü və sonuncu oxunuşu olub.
Qanun layihəsi barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziya Səmədzadənin qısa məlumatı dinlənilib.
Sonra qanun layihəsi səsə qoyularaq üçüncü və sonuncu oxunuşda qəbul edilib.
Qanun layihəsi imzalandıqdan sonra hüquqi qüvvəyə minəcək.
Spiker Oqtay Əsədov bildirib ki, əgər qanun layihələrini bir gündə müzakirə etmək mümkün olsa, sabahkı iclas ləğv oluna bilər.
Femida.az
Oxunub: 342
Oxşar xəbərlər
- Cavanşir Feyziyev parlamentdəki daha bir vəzifəsindən çıxarılıb
- Avropa Parlamenti Aİ-də şəffaflığın və demokratiyanın vəziyyətindən narahatdır
- Kanada parlamenti Rusiyanın Ukraynada hərəkətlərini soyqırım kimi tanıyıb
- Parlament güclü təsir edən maddələri satanların 10 il həbs olunmasına dair layihəni qəbul edib
- Pakistan parlamenti Baş nazirə etimadsızlıq göstərib, İmran Xan istefaya gedib
- Avropa Parlamenti Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləyəcək
- Milli Məclisin komitə sədri Ermənistan parlamentinin rəhbəri ilə görüşüb
- Türkiyə parlamentinin komissiyası Şuşa Bəyannaməsini təsdiqləyib
- Azərbaycan parlamenti Şuşa Bəyannaməsini təsdiqləyib
- Parlamentin yaz sessiyasının işlər planı təsdiqlənib