Yevlax sakinindən 8 kiloqramdan çox marixuana aşkar edilib


13:33     29 İyun 2019 19_06_29_1561800207.jpg

Yevlax sakinindən külli miqdarda narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumatına görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Havarlı kənd sakini M.Abbasovdan 1,66 qram, yaşadığı evin həyətinə baxış zamanı isə 8 kiloqram 391,66 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 333