Üç rayonda su olmayacaq


15:16     02 İyul 2019 2018/02/su-olmayacaq-111_1518077258.jpg

"Azərsu" ASC Hacıqabul, Şirvan və Bakının Qaradağ rayonuna içməli suyun verilməsində məhdudiyyətlərin olması ilə bağlı məlumat yayıb.

“Azərsu” ASC-dən Femida.az-a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti səbəbindən Kür çayında bulanıqlığın həddən çox artması ilə əlaqədar Kür Sutəmizləyici Qurğularının fəaliyyətində müvəqqəti fasilə yaranıb.

Bununla əlaqədar Hacıqabul və Şirvan şəhərlərinə, Bakının Qaradağ rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq. “Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir”, - ASC-nin məlumatında deyilir.

Femida.az

Açar sözlər:

Oxunub: 354