Ucarda piyadanı yük qatarı vurub öldürüb


18:12     21 İyun 2022 22_06_21_1655820796.jpg

Ucarda piyadanı yük qatarı vurub öldürüb

Ucar rayonunda yük qatarı piyadanı vuraraq öldürüb.

APA TV-nin yerli bürosu xəbər verir ki, hadisə bu gün Böyük Kəsik-Bakı dəmir yolunun rayonun Küçəkənd kəndindən keçən hissəsində baş verib.

Yük qatarı 25-30 yaşlı kişini vurub. Ağır xəsarət alan, hələlik şəxsiyyəti məlum olmayan kişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.





Açar sözlər:

Oxunub: 368