XİN başçısının müavini Gürcüstana səfər edəcək
16:35 05 İyul 2019
Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Gürcüstana səfər edəcək.
Femida.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani keçirdiyi brifinqdə bildirib.
Nazir deyib ki, M.Məmmədquliyev iyulun 11 və 12-də Batumi şəhərində Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının 10 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edəcək.
D.Zalkaliani bildirib ki, konfransa Avropa Şurasının prezidenti Donald Tusk, Estoniyanın baş naziri Yuri Ratas, həmçinin Aİ-yə üzv və tərəfdaş ölkələri təmsil edən səkkiz xarici işlər naziri də qatılacaq.
Ali qonaqlar konfransda “Şərq tərəfdaşlığı” proqramını qiymətləndirəcək, həmçinin mövcud problemlər və 2020-ci il üçün gələcək əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər.
Femida.az
Oxunub: 382
Oxşar xəbərlər
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- XİN: Ermənistanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq
- XİN-də işə qəbul imtahanlarının nəticələri açıqlanıb
- XİN Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
- XİN Eldar Həsənovdan 18,5 milyon manat tələb edir
- XİN-in sabiq vəzifəli şəxsi son söz üçün məhkəmədən vaxt istəyib
- XİN Azərbaycan İran
- XİN Bosniya və Herseqovinanı təbrik edib
- XİN-dən Dirçəliş Günü XİN-dən Dirçəliş Günü təbriki
- XİN radio və televiziya işçilərini təbrik edib