Gəncədə Rusiya vətəndaşı itkin düşdü


20:45     06 İyul 2019 19_07_06_1562401367.jpg

Gəncə şəhərində Rusiya Federasiyasının vətəndaşı itkin düşüb.


Şəhərin A.Zeynallı küçəsi ev 11 ünvanında yaşayan, Rusiya vətəndaşı, 69 yaşlı Tahir Zeynalov iyulun 3-də naməlum istiqamətdə gedərək itkin düşüb. Hadisə ilə bağlı Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə T. Zeynalovun qardaşı Maarif Zeynalov məlumat verib.

T.Zeynalovun boyu 160 sm, arıq bədən quruluşlu, saçları ağ və gözləri qəhvəyidir.

Faktla bağlı araşdırma aparılır. / APA

Femida.az

Açar sözlər:

Oxunub: 454