“Diplomatik xidmət orqanlarının 100 illiyi” münasibətilə konfrans keçirilir


09:41     08 İyul 2019 19_07_08_1562564545.jpg


ADA Universitetində “Diplomatik xidmət orqanlarının 100 illiyi” münasibətilə konfrans başlayıb.


Femida.az-ın məlumatına görə, tədbirdə Xarici İşlər naziri Elmar Məmmədyarov, dövlət rəsmiləri, Azərbaycanın xarici ölkələrdəki səfirləri, Bakıda çalışan xarici diplomatlar iştirak edirlər.

Qeyd edək ki, Azərbaycanın diplomatik xidmət orqanları 1919-cu ildə yaradılıb. Prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü təsis edilib. Hər il 9 iyul Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilir.

Femida.az

Açar sözlər: #diplomatik  

Oxunub: 304