Naxçıvan Dövlət Təhlükəsizliyi Xidmətinə yeni rəis təyin olunub


21:55     08 İyul 2019 naxcivan_nmr_ali_meclis_mushavire_vasif_talibov_1%20(1)%20(1)25.jpg

Naxçıvan Dövlət Təhlükəsizliyi Xidmətinə yeni rəis təyin olunub.

Femida.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Nurlan Əjdər oğlu Pənahov Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, Nurlan Pənahov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini vəzifəsində çalışıb.

Femida.az

Açar sözlər:

Oxunub: 812