Masallıda ağır qəzada ölənlərin kimliyi məlum oldu - ADLAR


09:17     09 İyul 2019 klinika.jpg


Masallıda ağır qəzada dünyasını dəyişən şəxslərin kimliyi məlum olub.


Dünyasını dəyişənlər Rzayev Əsgər Yaqub oğlu, azyaşlı övladları Rzayev Hikmət Əsgər oğlu, Rzayev Azər Əsgər oğlu, Tağıyev Rəşad Atalı oğlu, Rufullayev Ayxan Namiq oğlu, soyadları bilinməyən Murtac və Ələkbər adlı şəxslərdir.

Qəzada ölən bir nəfər xanımın hələlik kimliyi məlum deyil.

Ağır qəzada xəsarət alan iki nəfər 1995-ci il təvəllüdlü Tağıyeva Milanə Atalı qızı, soyadı məlum olmayan Ruhiyyə adlı qadındır. Masallı Mərkəzi Rayon Xəstəxanasından Trend-ə verilən məlumata görə, hər iki şəxsin vəziyyəti yaxşıdır.

Qeyd edək ki, Masallıda yük maşınının "Mersedes Vito" markalı mikroavtobusla toqquşması nəticəsində 8 nəfər ölüb, 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Femida.az

Açar sözlər: #Masallı   #qəza  

Oxunub: 535