Masallıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
13:18 27 Aprel 2022
Bu il yanvarın 3-də Masallı rayon Ərkivan qəsəbə sakini 1978-ci il təvəllüdlü Qalib Cəbiyevin öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Masallı rayon prokurorluğundan Femida.az-a verilən məlumata görə, istintaqla zərərçəkmişin qardaşı Seyfulla Cəbiyevin qeyd edilən tarixdə gecə saatlarında birgə yaşadıqları evdə heç bir əsaslı səbəb olmadan Qalib Cəbiyevə yumruq və təpiklə zərbələr vurub qəsdən öldürməsinə, törətdiyi cinayətin izlərini itirmək məqsədi ilə meyiti yaşadıqları evin həyətyanı sahəsində basdırmasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Seyfulla Cəbiyevə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Oxunub: 421
Oxşar xəbərlər
- Masallıda avtomobil kanala aşıb, iki nəfər boğularaq ölüb
- Masallıda keçmiş məhkumun evindən 5 kq-a yaxın narkotik aşkarlanıb
- Masallıda 7 il əvvəl baş verən qətlin yeni təfərrüatı məlum olub
- Masallıda qardaşını qətlə yetirən şəxsin məhkəməsi başlayır
- Masallıda subasmaya görə köməksiz qalan vətəndaş xilas edilib
- Masallıda arvadını öldürən şəxsə 18 il həbs cəzası verilib
- Masallıda narkotiklə tutulan keçmiş məhkumun oğurluq əməllərinin üstü açılıb
- Masallıda üzərində silah və narkotik gəzdirən şəxs saxlanılıb
- Masallıda məktəbli qızın ərə verilməsi ilə bağlı araşdırmalara başlanılıb
- Masallıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb