Rus dili və informatika müəllimi olmaq istəyənlər imtahan verir
11:04 10 İyul 2019
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir. İmtahanların üçüncü günündə rus dili və informatika müəllimi olmaq istəyən namizədlər iştirak edir.
Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, imtahanlar iyulun 24-dək davam edəcək.
Test imtahanına gələn namizədlərdən şəxsiyyəti təsdiq edən sənədin əslini gətirmələri tələb olunur.
Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcəkdir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaqdır.
Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.
İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.
Femida.az
Oxunub: 432
Oxşar xəbərlər
- Jurnalistikaya qəbul olmaq istəyənlər qabiliyyət imtahanı verəcək
- Hərbi liseylərə qəbul imtahanı keçiriləcək
- XİN-də işə qəbul imtahanlarının nəticələri açıqlanıb
- DİM 25 339 abituriyent üçün qəbul imtahanı keçirəcək
- MİQ üzrə test imtahanı mərhələsi başlayıb
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir
- DİM iyulun 6-7-də imtahan verəcək abituriyentlərə müraciət edib
- Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb
- Doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanları keçirilib