MİQ üzrə test imtahanı mərhələsi başlayıb
09:24 14 İyul 2022
Bu gündən 2022-2023-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə başlanılıb.
Femida.az xəbər verir ki, bu gün riyaziyyat, fiziki tərbiyə, alman dili və fransız dili fənni üzrə 8000-dən artıq namizəd dəvət olunub.
Qeyd edək ki, bu il üçün MİQ üzrə 9000-dən artıq vakant yer təqdim olunub.
Xatırladaq ki, 54 745 nəfər namizədin iştirakı planlaşdırılan müsabiqə 7 gün ərzində ölkənin 10 müxtəlif şəhəri olmaqla, ümumilikdə 15 imtahan mərkəzində təşkil olunacaq. Müsabiqənin test imtahanı mərhələsində hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir. Ötən illərdən fərqli olaraq bu il test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılması nəzərdə tutulmuşdur. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Həmçinin yeni qaydalara əsasən, səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərəcək. İxtisas üzrə 1 səhv cavablandırılmış sual -0,5 bal, tədris metodikası üzrə isə - 0,25 bal şəklində hesablanacaq.
Oxunub: 326
Oxşar xəbərlər
- Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirdi
- Miqrasiya Xidmətinin iyul ayına olan statistik məlumatları
- Miqrasiya Xidmətinə üç ayda 22634 müraciət daxil olub
- MİQ üzrə növbəti onlayn müsahibələrə start verilir
- Miqrasiya Xidməti əcnəbilərə və vətəndaşlığı olmayanlara müraciət edib
- Miqrasiya Xidmətinin rəisi Quido Ambroso ilə görüşdü
- Miqrasiya Xidmətinin rəisi canlı yayımda sualları cavablandırır - VİDEO
- Miqrasiya Xidmətinin rəisi illik hesabat verdi - VİDEO
- Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirəcək
- Miqrasiya Xidməti Orduya 100 min manat ianə etdi